9 Noyabr Azərbaycan Dövlət Bayrağı Günü

Məktəbimiz 9 Noyabr Azərbaycan Dövlət Bayrağı Günü münasibəti ilə tədbir keçirdi. 7ç sinifinin hazırladığı tədbir Dövlət Himninin oxunması ilə başladı. Sinif rəhbəri Sevil Əsədova şagirdlərə Dövlət Bayrağımızın tarixindən bəhs edən məruzə ilə çıxış etdi. Daha sonra şagirdlər Vətənə, torpağa, bayrağa həsr edilmiş şerlər soylədilər.