28 May Azərbaycan Xalq Cumhuriyyətinin yaradılması günü – Respublika günü” ilə əlaqədar ədəbi – bədii komposiziya

    Bu gün məktəbimizdə  Azərbaycan Xalq Cumhuriyyətinin  100 illik yubleyi münasibətilə silsilə tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri 2 n sinifinin rəhbəri Güldost Aytən məllimə tərəfindən keçirilən tədbirdir.

     Tədbir AXC-nin ilk himnin səslənməsi ilə başladı. Əvvəlcə şagirdlər Azərbaycan Xalq Cumhuriyyətinin yaranması, onun yaranmasında rolu olan şəxslər və bu dövrdə baş vermiş hadisələr haqqında məlumatlar vastəsilə ilkin biliklərə yiyələndilər.  Daha sonra mahnı sədaları altında şagirdlər Ramiz Qusarçaylının “ Azərbaycan Bayrağı”- nı,  Bəxtiyar Vahabzadənin “ Azərbaycan Türkiyyə”  və “ Bayraq” , Abbas Səhətin “ Vətən” şeirlərini söylədilər. Tədbirin sonunda A. Yusif, H. Fidan, S. Cavanşir, M. Südabə, və Z. Xədicə “Cumhuriyyət nəğməsi” – ni ifa etdilər

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi