AXC-nin 100 illiyi ilə əlaqədar 8a sinfində açıq dərs

Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi ilə əlaqədar məktəbimizin tarix müəllimi Vəliyeva Elmira Həsən qızı 8a sinfində açıq dərs keçmişdir. Dərsdə  AXC-nin yaranması, inkişafı, onun gördüyü tədbirlər Azərbaycanın müstəqilliyi, ilk parlamentin yaranması AXC-nin müstəqil dövlət kimi beynəlxalq aləmdə tanınması, ermənilərin Naxçıvana olan iddialarından və.s söhbət açılmış Məmmədəmin Rəsulzadə, Fətəli xan Xoyski, Nəsib  bəy Yusifbəyli haqqında şagirdlər təqdimatlar hazırlamış, dərsin gedişində Məmmədəmin Rəsulzadənin videoçarxı  səsləndirilmiş, azadlıq və istiqlalımızdan bəhs edilmişdir. Müstəqilliyimizin 1991-ci il 18 oktyabrda yenidən qazanılmasından bəhs edilmiş  və Ulu  Öndər Heydər Əliyevin bu müstəqilliyi qoruyub saxlamasından,yaşatmasından bəhs edilən videoçarx və təqdimatlar nümayiş olunmuşdur. Şagirdlər “İstiqlal” şeirini söyləmiş və “Azərbaycan bayrağı” şeiri  “ Koroğlu” kontatasının sədaları altında söylənmişdir. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin and içmə mərasimi də göstərilmişdir. Sonda 20% işğal olunmuş torpaqlarımızdan və qonşu türk dövləti olan Türkiyənin dəstəyindən behs edilmiş, “ Çırpınırdı Qara dəniz” sədaları altında sözləri Qarabağı alacağımızdan bəhs edən rəmzi videoçarx da nümayiş olunmuşdur. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi