Ulu öndər Heydər Əliyevin ömür yolu Azərbaycan tarixinin şərəfli bir hissəsidir
Ulu öndər Heydər Əliyevin ömür yolu Azərbaycan tarixinin şərəfli bir hissəsidir. Bu gün Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə bağlı tədbir keçirildi. Bu da təsadüfi deyil ki, bu gün təkcə Azərbaycan və Azərbaycan xalqı üçün deyil, bütün türk dünyası üçün tariximizin ən əlamətdar günlərindən biridir. Tədbir iştirakçıları əvvəlcə məktəbin foyesində müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevə həsr olunmuş stendin önünə gül dəstələri düzərək onun unudulmaz xatirəsini dərin ehtiramla yad etdilər. Tədbirdə məktəbin direktoru Xədicə məllimə ümummilli liderin şərəfli və mənalı ömür yolundan, zəngin dövlətçilik təcrübəsindən və misilsiz xidmətlərindən söz açmışdı.Tədbiri məktəbimizin tarix müəllimi Vəliyeva Elmira məllimə hazırlamışdır. Tədbirdə məktəbin şagirdləri arasında 8 A və 9 E sinifləri fəal iştirak edirdilər.