2N sinif şagirdlərinin “Yurdumuza bahar gəldi”-adlı tədbiri keçirildi.

Novruz bayramına həsr olunmuş silsilə tədbirlər respublikamızın bir sıra yerlərində məktəblərdə,muzeylərdə,gimnaziylarda və s. yerlərdə keçirildiyi kimi bizim 2N sinif şagirdlərinin “Yurdumuza bahar gəldi”-adlı tədbiri keçirildi.Şagirdlərə Novruz Bayramı və onunu tarixi ənənələri haqqında ətraflı məlumat verildi.Tədbirdə şagirdlər Novruz Bayramının əsas atributları sayılan kosa və keçəl,bahar qızı,səməni obrazının canlandıraraq müxtəlif səhnəciklər göstərdilər.
Sonda sinif rəhbəri Güldost Aytən Novruz bayramının əhəmiyyətini bir daha vurğulayaraq bildirdi ki,Novruz bizim milli bayramımızdır.İndi artıq müstəqil Azərbaycan üçün bu bayramdan əziz bayram ola bilməz.Bu bayram bizim xalqımızı eyni dərəcədə sevindirdiyi,həvəsləndirdiyi həm də birləşdirdiyi kimi şagirdlərimizi də milli adət-ənənələr ruhunda yetişməsi üçün bu cür silsilə tədbirlər keçirilməsi vacibdir.