26 il Xocalısız

26 fevral Xocalı Soyqırımının anım günü ilə əlaqədar məktəbimizdə tədbir keçirilmişdir.Tədbirdə Milli Qəhrəmanların Tanıtım Birliyinin sədri Elşən Orxanlı,Milli qəhrəmanlar;Sahil Məmmədov,Zabit Quliyev iştirak etdilər.Tədbiri giriş sözü ilə məktəbin direktoru Eminova Xədicə açaraq Xocalı Soyqırımın 20-ci əsrdə baş vermiş ən dəhşətli insan faciələrindən, Azərbaycan əhalisinə qarşı törədilmiş qanlı cinayətlərdən biri olduğunu qeyd etmişdir.Tədbir tarix müəllimi Vəliyeva Elmiranın rəhbərliyi altında şagirdlərin fəal iştirakı ilə davam etdirildi.