Dahi Lider Heydər Əliyevin irsini öyrənirik

Bu günlərdə məktəbimizdə "Dahi Lider Heydər Əliyevin irsini öyrənirik" mövzusunda tədbir keçirilmişdir.Tədbirdə 96 saylı məktəbin direktoru Əminə Hüseynova o cümlədən digər müəllim və şagirdlər də iştirak etdilər.Tədbiri giriş sözü ilə məktəbimizin direktoru Xədicə Eminova açdı.Dahi Lider haqqında öz fikir və təəssüratlarını bölüşdü və məruzə üçün sözü məktəbin tarix müəllimi yazıçı-publisist Elmira Həsən qızı Vəliyevaya verdi.Məruzə Ulu Öndərin həyatı,fəaliyyəti və bu günün Azərbaycan reallıqlarının üzərində qurulmuşdur.Dahi haqqında çox maraqlı və qeyri-adi xatirələr söylənildi,videoçarx və slaydlara baxıldı.Tədbir Zülfiyyə Xanbabayevin "Can Azərbaycan" mahnısı ilə başa çatdı.