Ümummilli Lider Heydər Əlirza oğlu Əliyevin anım günü.

Məktəbimizin tarix müəllimi Vəliyeva Elmira 11 dekabrda Ümummilli Lider H.Əliyevin anım günü ilə bağlı 8a sinf şagirdləri ilə birgə dəyirmi masa keçirdi.Şagirdlər liderin həyat və fəaliyyətindən,Azərbaycan dövlətçiliyi uğrunda gördüyü işlərdən ,ikinci dəfə hakimiyyətə gələndə özünün siyasi bacarığı gücünə ölkəni vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi pərakəndəlikdən xilas edə bilməsi,doğma xalıqını yenidən vahid bir məfkurə ətrafında səfərbər edib xalqın qəlbində sabaha inam hissi yaratmasından ətraflı söhbətlər aparıldı.Şagirdlərdən M.Lalə,M.Jalə ,N.Amina H.Rahib,Ə.Fuad,H.Elvin,S.Yeganə,V.İlahə,T.Nigar,M.Fidan,C.Kamil,Ə.Heydər ,R.Ləman və başqaları öz hərtərəfli məlumat və şeirləri ilə diqqəti cəlb etdilər.Əzizli Elvar isə Heydər Əliyevə özünün həsr etdiyi şeiri söylədi.