Heydər Əliyev Mərkəzinə ekskursiya

Məktəbin şagirdləri müəllimlərilə birlikdə Heydər Əliyev mərkəzində ekskursiyada oldular. Mərkəzin əməkdaşı əvvəlcə mərkəz haqda, buradakı sərgilər və keçirilən tədbirlər haqda məlumat verdi. Daha sonra müəllim və şagirdlər mərkəzi gəzərək eksponatlarla tanış oldular. Ekskursiya müəllim və şagirdlərin böyük marağına səbəb oldu. Ekskursiya zamanı şagirdlərə Ümummilli liderimizin həyat və fəaliyyəti haqqında geniş məlumat verildi.