Bu gün məktəbimizdə Uşaqların icbari Dispanserizasiyadan keçirilməsinə dair şagirdlərlə diskussiya aparıldı.

Azərbaycan Respublikası Prezidentinin 10 dekabr 2013 cü il tarixli 150 № li sərəncamı ilə təsdiq edilmiş “ Uşaqların icbari Dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı” nın icrası hər il təyin olunmuş vaxtda şagirdlər arasında dispanser müşahidə ixtisaslı həkimlər tərəfindən aparılır. Uşaqları dispanserizasiyaya cəlb etmək məqsədi ilə valideyn və şagirdlər arasında mütamadi maarifləndirmə işləri aparılır. İnfeksiyon və qeyri infeksiyon xəstəliklər haqqında məlumat verilir. Dispanser müşahidə aparıldıqdan sonar aşkar edilmiş xəstəliklər dispanser qeydiyyatına düşür və müalicəsi aparılır.