Narkomaniyaya qarşı mübarizə mövzusunda tədbir keçirildi

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Eminova Xədicə məllimə bildirdi ki, son illərdə dünyada narkotiklərə nəzarət, narkomaniya ilə mübarizə istiqamətində bir sıra ciddi tədbirlər görülür. Ümumbəşəri bir problemə çevrilən narkomaniyanın fəsadlarından söz açıldı. Tədbirə iştirak edən Hüquq Mühafizə Orqanlarının əməkdaşları bildirdilər ki, narkomaniyaya qurşananlar təhsilə, işə, ailəyə, dostlarına maraqlarını itirir və özlərini cəmiyyətdən təcrid edirlər “Ağ ölüm”lə mübarizədə gənclər arasında maarifləndirmə işinin aparılması və bu sahədə təhsil müəssisələrinin, kitabxanaların, idman təşkilatlarının və ictimaiyyətin rolu böyükdür. Belə vasitələr orqanizmdə təkcə fəsadlar törətmir, həm də bir sıra xəstəliklərə yol açır və gələcək nəslin sağlamlığı üçün ciddi təhlükə yaradır. Bu baxımdan belə tədbirlərin keçirilməsi mühüm əhəmiyyət kəsb edir.