“ Bülbül sözün əsl mənasında böyük, ölməz sənətkardır, onun heykəli xalqın ürəyindədir!”

Məktəbimizdə Murtuza Məşədi Rza oğlu Məmmədovun (Bülbül) həyat və yaradıcılığına həsr olunmuş acıq təşkilat saatı keçirilmişdir. Mirzə İbrahimov Bülbül haqqında demişdir “ Bülbül sözün əsl mənasında böyük, ölməz sənətkardır, onun heykəli xalqın ürəyindədir!” Açıq təşkilat saatını məktəbimin musiqi müəlliməsi Məmmədova Məlahət məllimə aparırdı. O şagirdlərə Azərbaycab Opera müğənisi, mahir təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan profisional vokal məktəbinin banisi SSR Xalq artisti , Dövlət mükafatı laureatı Bülbülün səhnə fəaliyyəti haqqında geniş məlumat verdi və şagirdlərin nəzərinə çatdırdı ki, Bulbul fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəyovun “Leyli və Məcnun”, “Əsli və Kərəm” operasında oynamışdır. 5 d sinif şagirdləri fəal iştirak edərək Bülbülün “Sənsiz” və “Sevgili Canan” romanslarından parçalar ifa etdilər. Bülbülün ifasında Asəf Zeynallının “Ölkəm” romansı dinlənildi.