PAYTAXT MƏKTƏBLƏRİNDƏ “BİLİK GÜNÜ”

Sentyabrın 15-də paytaxtın ümumi təhsil məktəblərində “Bilik günü” qeyd olunub.Tədbirlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi, struktur bölmə rəhbərləri, yerli icra hakimiyyəti orqanlarının, məktəb icmalarının və ictimaiyyətin nümayəndələri iştirak edib.“Bilik günü”ndə iştirak edən BŞTİ-nin nümayəndələri və qonaqlar yeni dərs ilinin başlanması münasibətilə məktəbliləri, valideynləri və müəllimləri təbrik edib, onlara uğurlar arzulayıb.Sonra məktəblilərin iştirakı ilə mahnılar və rəqslərdən ibarət konsert proqramı nümayiş etdirilib.