Heç kim unudulmur, heç nə yaddan çıxmır!

252 № li məktəb-liseydə Xocalı soyqırımının iyirmi üçüncü ildönümü ilə əlaqədar tədbir keçirildi.Əvvəlcə Xocalı şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edildi.Məktəbin şagirdləri hazırladıqları bədii kompozisiyada Xocalı soyqırımı haqqında danışaraq bu dəhşətli faciəni törədənləri pislədilər. Dünya ictimaiyyətini, dünyanın sülhsevər qüvvələrini Xocalı soyqırımına diqqət yetirməyə çağırdılar. Şagirdlər Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın “Xocalıya Ədalət” kompaniyasını dəstəkləyərək bu qanlı faciəni törədənlərin cəzalarına çatacaqlarına əmin olduqlarını bildirdilər.