Sabunçu rayonunda “Şahinlər” hərbi-idman oyunları üzrə rayon birinciliyi keçirildi

07.04.2017-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Sabunçu qəsəbəsi 148 nömrəli tam orta məktəbin həyətində şagirdlərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə “Şahin” hərbi-idman oyununun final mərhələsi keçirildi. Tədbir Dövlət Himnin səsləndirilməsi ilə başladı. Daha sonra Sabunçu rayonu üzrə 46 məktəbin 644 şagirdi arasından yarımfinala vəsiqə qazanmış 17 məktəbin 238 şagirdlərinin hərbi-idman yarışlarının final mərhələsinə start verildi. Yarışın nəticəsinə görə rayonun 74 nömrəli tam orta məktəbin komandası birinci yerə, 252 nömrəli məktəb-liseyin komandası ikinci yerə və 148 nömrəli tam orta məktəbin komandası üçüncü yerə layiq görüldülər.Sonda yarışda yer tutmuş və xüsusi fərqlənən komandalara Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlar təqdim olundu.