"10 Oktyabr Ümumdünya Psixi sağlamlıq " gününə həsr olunmuş maarifləndirici seminar

 Məktəb-liseyin psixoloqu Şəfiqə Rəhimovanın təşkilatçılığı ilə 5d sinfində " Psixi sağlamlıq " gününə həsr olunmuş maarifləndirici seminar təşkil edildi.

 Qeyd edildi ki, dünya əhalisinin psixi sağlamlıq problemləri ilə bağlı məlumatlılıq səviyyəsini yüksəltmək məqsədilə 1992-ci ildən başlayaraq, hər il 10 Oktyabr Ümumdünya Psixi Sağlamlıq Günü kimi qeyd edilir.

 Bu tarixi gün Ümumdünya Psixi Sağlamlıq Federasiyasının təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatında qeyd olunan beynəlxalq günlər siyahısına daxil edilib.

 Ümümdünya Psixi Sağlamlıq Gününün vəzifəsi psixi sağlamlıq probleminə yanaşmada dünya əhalisinin məlumatlılıq səviyyəsini yüksəltməkdir. Məhz Ümümdünya Psixi Sağlamlıq Günündə psixi pozğunluqdan əziyyət çəkənlərin lazımı müalicə ilə təmin olunmasına və sağlam yaşamağa çağırış ifadə edilir. Psixi sağlamlıq insanın öz qabiliyyətlərini reallaşdıra bildiyi, adi həyat streslərinin öhdəsindən gəldiyi əmin-amanlıq vəziyyətidir. Sağlam davranış, düzgün qidalanma, təhlükəsiz əmək şəraiti, sanitar-gigiyenik normalara əməl edilməsi, balanslaşdırılmış iş və istirahət rejimi, idmanla məşğul olmaq psixi sağlamlığın yaranmasına kömək edir. Bu mənada psixi sağlamlıq həm insanın firavanlığının, həm də cəmiyyətin effektiv fəaliyyətinin əsasıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi