COP29 mövzusunda xüsusi dərslər keçirilir

 Məktəb-liseyin ibtidai sinif müəllimləri Şəhla Aslanova və Vəfa Rzazadənin təşkilatçılığı ilə 3"E" və 2"Ç" siniflərində COP29 mövzusunda xüsusi dərslər keçirildi.

 Dərs zamanı mövzunun aktuallığından, ekoloji biliklərin təbliğindən, vətəndaş cəmiyyətinin inkişafında bu kimi məsələlərin xüsusi əhəmiyyətindən bəhs edərək gənc nəslin tərbiyəsində ekoloji dünyagörüşün formalaşmasının, ətraf mühitin qorunmasının əhəmiyyəti xüsusi vurğulandı.

 Şagirdlər iqlim dəyişikliyi və onun canlı aləmə təsirindən, ətraf mühitin qorunub saxlanılmasının vacibliyi barədə məlumat əldə etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi