Anket sorğu keçirilib

Məktəb-liseyin psixoloqu Şəfiqə Rəhimovanın təşkilatçılığı ilə 8"C", "D", "E" sinif şagirdləri arasında risk qrupuna daxilolma ehtimalı olan şagirdləri müəyyən etmək üçün anket sorğu keçirilib.
Sorğunu keçirtməkdə məqsəd psixi durumu qeyri-sabit , zəif iradi keyfiyyətlərə malik olan şagirdləri aşkar etmək, həmin şagirdlərin mənəvi-psixoloji problemlərinin həllinə kömək etməkdir.
Qeyd edək ki, sorğuların 7-8-9-cu siniflərdə də keçirilməsi davam edəcək.