Anım Gününə həsr edilmiş tədbirlər keçirilir

  Məktəb-liseyin kitabxanasında 6ç sinif rəhbəri İradə Eyvazova, kitabxana müdiri Rəna Əliyeva və kitabxanaçı Aynur Quliyevanın təşkilatçılığı ilə Anım Gününə həsr edilmiş tədbir keçirildi.

  Tədbirdə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimizin, arxa cəbhədə çalışan mülki insanlarımızın, bütövlükdə  xalqımızın əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirməsindən geniş söhbət açıldı.

  Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizin ruhu dərin ehtiramla yad edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi