COP29 mövzusunda dəyirmi masa keçirilib

Məktəb-liseyin biologiya müəllimi Əsmər Babayevanın təşkilatçılığı ilə COP29 mövzusunda dəyirmi masa keçirildi.
Dəyirmi masada mövzunun aktuallığından, ekoloji biliklərin təbliğindən, vətəndaş cəmiyyətinin inkişafında bu kimi məsələlərin xüsusi əhəmiyyətindən bəhs edərək gənc nəslin tərbiyəsində ekoloji dünyagörüşün formalaşmasının, ətraf mühitin qorunmasının əhəmiyyəti xüsusi vurğulandı. Qeyd edildi ki, ölkəmizdə COP29 tədbirlər planına uyğun genişmiqyaslı işlərin görülməsi, aksiyaların təşkil edilməsi və ətraf mühitin qorunması naminə ekoloji maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin bugünkü vacib məsələlərdəndir.
Daha sonra şagirdlər iqlim dəyişikliyi və onun canlı aləmə təsirindən,ətraf mühitin qorunub saxlanılmasının vacibliyindən danışdılar.