Şagirdlərimizin uğuru

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 yanvar tarixli 8 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydası”na və 2023-2024-cü tədris ilində tam orta təhsil səviyyəsi üzrə aparılmış yekun attestasiyanın nəticələrinə əsasən,Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 5.5.10-cu bəndinə əsasən məktəb-liseyimizin 11"C" sinif şagirdləri Abbaszadə Kənan Bəhruz və Quliyev Davud Nizami oğluna məktəb rəhbərliyi tərəfindən qızıl nişan və xüsusi nümunəli attestatlar təqdim edildi.

    Bu münasibətlə hər iki şagirdimizi təbrik edir, gələcək həyatlarında uğurlar arzu edirik!

    Sizinlə fəxr edirik, əziz məzunlar!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi