Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir

Mayın 10-da ibtidai sinif şagirdlərinin iştirakı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirildi.
Şagirdlər dahi şəxsiyyətin şərəfli ömür yolundan və xalqımız üçün xidmətlərindən danışdılar, onun xalqımız və dövlətimiz qarşısında göstərdiyi müstəsna tarixi xidmətlərini vurğuladılar.
Məqsəd Ümummilli lider Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin uşaq və yeniyetmələr arasında geniş təbliğ edilməsi, Ulu Öndərin xatirəsinin əbədiləşdirilməsi, şagirdlərdə vətənpərvərlik hislərinin gücləndirilməsidir.