"Mavi Dünyam" adlı tədbir

29 Aprel 2024-cü il tarixində Təlimə Dəstək Mərkəzi Autizm maarifləndirmə ayı çərçivəsində Autizm spektr pozuntusu olan uşaqlara həsr edilmiş "Mavi Dünyam" adlı tədbir keçirildi.
Bakı Şəhəri üzrə Təhsil idarəsinin Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri, Təlimə Dəstək Mərkəzinin direktor səlahiyyətlərini müvəqqəti icra edən Anar Mustafazadə tədbirdə onlarında başa düşülməyə, cəmiyyət tərəfindən qəbul olunmağa ehtiyacı olduğunu bildirdi. Təlimə Dəstək Mərkəzinin metodistləri Esmira Kazımova və Rəna Süleymanovanın birgə təşkilatçılığı ilə 252 nömrəli məktəb-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini Afaq Hacıyeva, korreksiyaedici pedoqoqlar İsmayılova Aypara, Yusifli Şəfəq, psixoloq Sadəddinli Cəvahir, şagirdlər və digər məktəbin nümayəndələri Təlimə Dəstək Mərkəzinə dəvət olundu.
Burada əsas məqsəd məktəblər və şagirdlər arasında əməkdaşlığı gücləndirmək, əlilliyi olan uşaqlara qarşı empatiya hissini artırmaq idi.
Tədbir 2 hissədən ibarətdir.
Birinci hissədə Esmira Kazımova və 252 saylı tam orta məktəbin korreksiyaedici pedoqoqu Yusifli Şəfəq autizm spektr pozuntusu haqqında şahirdlərə ətraflı məlumat vermiş, ikinci hissədə şagirdlərə interaktiv çalışmalar verilmişdir.
İkinci hissədə 252 saylı məktəbin psixoloqu Sadəddinli Cəvahir, 19 nömrəli məktəbin psixoloqu Rəna Abdullayeva, 25 nömrəli məktəbin psixoloqu Aytac Cəfərli interaktiv tapşırıqlar vasitəsilə şagirdlərdə empatiya hissini artırmaq və birgə əməkdaşlığı öyrətmək idi.