Bilik yarışı

Aprelin 18-də "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində 5-ci sinif şagirdləri arasında bilik yarışı keçirildi.
3 mərhələdən ibarət olan yarışmanın yekununda 5"A" sinif şagirdlərindən ibarət olan "Xarıbülbül" komandası I, 5"E" sinif şagirdlərindən ibarət olan "İntellekt" komandası II yerə layiq görülərək diplomla təltif edildilər.
Şagirdlərimizi təbrik edir, digər komanda iştirakçılarına ruhdan düşməməyi arzu edirik!