Aprel döyüşlərinə həsr olunmuş sinif təşkilat saatı

Sinif rəhbəri Lalə Penciyevanın təşkilatçılığı ilə Aprel döyüşlərinə həsr olunmuş sinif təşkilat saatı keçirildi.
Təşkilat saatında Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Milli Ordumuzun hərbi qulluqçularının göstərdiyi igidlikdən, qəhrəmanlıq nümunələrindən danışıldı, Aprel döyüşlərinin tarixi hadisə kimi qələbəyə aparan yolun başlanğıcı hesab edildiyi söylənildi. Bildirildi ki, Aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirdi.