2 Aprel Beynəlxalq Usaq kitabı gününə həsr olunmuş tədbir

  2 Aprel Beynəlxalq Usaq kitabı gününə ilə əlaqədar məktəb-liseyin kitabxanasında Hans Xristian Andersenin yaradiciliğina həsr olunmuş tədbirdə sinif rəhbəri Şəfiyeva Günelin dördüncüləri iştirak edirdi.

Məktəbin kitabxanaçısı Aynur Quliyeva usaqlara əlamətdar gün haqqında ətraflı məlumat verdi.

Bu tarix 1805-ci il aprelin 2-də məşhur danimarkalı yazıçı, uşaq ədəbiyyatının inkişafında müstəsna xidmətlər göstərmiş Hans Xristian Andersenin dünyaya göz açdığı günün şərəfinə təsis edilib.

Bu tarixdə əlamətdar gününün qeyd edilməsini təklif edən isə alman yazıçısı Yella Lepman olub. Uşaqların intellektual inkişafında kitabın rolunu yüksəltmək, ona sevgi aşılamaq, həmçinin diqqəti uşaq kitablarının nəşrinə yönəltmək bu günün keçirilməsində əsas məqsəddir.

Bu gün münasibəti ile usaqlar kitablar haqqında şeirlər, aforizmlər, atalar sözləri səsləndirdilər. Daha sonra usaqlar H. X. Andersenin "Padşahın təzə libası" adlı nağılına qulaq asdilar.

Əziz valideynlər, ata-ananın uşağa verə biləcəyi ən böyük hədiyyələrdən biri mütaliə və kitaba sevgidir!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi