2 Aprel-Dünya Autizm Məlumatlandırma Günüdür

 Aprelin 1-də "2 Aprel-Dünya Autizm Məlumatlandırma Günü" nə həsr edilmiş "Fərqli, amma sizdən biri" adlı tədbir keçirildi. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi  Təlimə Dəstək Mərkəzinin inklüziv təhsil üzrə metodisti Esmira Kazımova, məktəb rəhbərliyi, şagirdlər və valideynlər iştirak edirdi.

 Vurğulandı ki, autizm sindromlu insanların sosial problemlərini öyrənmək, onlara göstərilən diqqət və qayğını artırmaq üçün Birləşmiş Millətlər Təşkilatının qərarı ilə 2011-ci ildən 2 aprel tarixi " Dünya Autizm Məlumatlandırma Günü" kimi qeyd edilir.

 Bu günün təsis edilməsində əsas məqsəd cəmiyyətin diqqətini sözügedən şəxslərin problemlərinə çəkmək, maarifləndirmə tədbirlərinin keçirilməsinə şərait yaratmaqdır.

 Tədbir boyu şagirdlərin çıxışı, ifaları böyük maraqla qarşılandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi