31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir

Məktəbin tarix müəllimi Nərgiz Qafarovanın təşkilatçılığı ilə məktəbin kitabxanasında 31 Mart- Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirildi.
Tədbir soyqırıma məruz qalan qurbanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıldı.
Tədbirdə erməni daşnaklarının Azərbaycan xalqına qarşı törətdikləri soyqırımın tarixi haqqında şagirdlərə ətraflı məlumat verildi, soyqırıma həsr edilmiş şeirlər söylənildi.