Ümumdünya Mülki Müdafiə Günü qeyd edilib

Martın 1-də Ümumdünya Mülki Müdafiə Günü qeyd edilib.
Tədbirdə Sabunçu rayon üzrə FH və MM şöbəsinin rəisi polkovnik-leytenant Rauf Şixəliyev, Sabunçu Yanğından Mühafizə Hissəsinin əməkdaşı mayor Əliyev Hafiz, Bakı Regional Mərkəzinin əməkdaşları mayor Aydın Süleymanov, kapitan Anar Mehdiyev, Sabunçu rayonu üzrə FH və MM şöbəsinin kimyaçısı mütəxəssisi Rəsmiyyə Əskərova, Sabunçu rayonu üzrə FH və MM şöbəsinin baş zabitləri kapitan Sərxan Həsənov, kapitan Müşfiq Əbdülov, Dövlət Yanğına Nəzarət Xidmətinin əməkdaşı mayor Ədalət Kərimov, Sabunçu Tibb Mərkəzinin həkim-travmatoloqu Elçin Mehdiyev, Sabunçu Rayonu Gigiyena və Epidemologiya Mərkəzinin əməkdaşı Elmar Allahverdiyev, məktəb rəhbərliyi, müəllim və şagirdlər iştirak edirdi.
Tədbirin keçirilməsində məqsəd mülki müdafiə və fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığının və maarifləndirilməsinin təmin edilməsi, ictimaiyyətin diqqətini fövqəladə hallardan qorunma və mülki müdafiənin təşkili məsələlərinə yönəldilməsi olub. Tədbirdə fövqəladə hadisələr zamanı davranış qaydaları, fövqəladə hallarda qorunma ilə bağlı mövcud imkanlar, ətraf mühit və təhlükəsizlik məsələləri ilə bağlı maarifləndirici söhbətlər aparılmışdır.
Tədbirin sonunda şagirdləri maraqlandıran suallara cavab verilmişdir.