Monitorinq keçirilib

Fevralın 29-da IV, VI, VII və VIII siniflərində Azərbaycan dili fənni üzrə növbəti monitorinq keçirildi.
BŞTİ-nin Təhsilin keyfiyyətinə nəzarət sektoru tərəfindən Azərbaycan dili fənni üzrə keçirilən monitorinqin əsas məqsədi dövlət dilinin tədrisi vəziyyətinin ölçülməsi, şagirdlərin dinləyib-anlama, oxu və yazı bacarıqlarının yoxlanılması, onlarda bilik və bacarıqların formalaşma səviyyəsinin müəyyənləşdirilməsi və tədrisin keyfiyyətinin daha da artırılmasına nail olunmasından ibarətdir.
Təhsilalanlara 16 tapşırıq təqdim olunmuşdur. Sualların cavablandırılması üçün 45 dəqiqə vaxt verilib.