Qarabağ zəfəri ilə qisası alınan Xocalı

Fevralın 26-da Xocalı soyqırımına həsr olunmuş tədbir keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanıldı. Daha sonra şəhidlərimizin və soyqırım qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə cənab Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsi olaraq Xocalı soyqırımına beynəlxalq hüquq normaları çərçivəsində qiymət verildiyi, dünyanın bir sıra ölkələrinin, beynəlxalq təşkilatların, habelə ABŞ-ın 20-dən artıq ştatının qanunverici orqanının Ermənistanı işğalçı dövlət kimi tanıdığı vurğulandı. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Xocalıya ədalət” kampaniyası bütün dünyanı əhatə etmişdir.
Şagirdlərin çıxışları dinlənildi, kompozisiyalar nümayiş olundu.