I yarımilin yekunlarına dair pedaqoji şura

Yanvarın 31-də məktəb-liseydə pedaqoji şuranın I yarimilinə həsr olunmuş pedaqoji şuranın iclası keçirildi.
İclasda I yarımil ərzində görülmüş işlər, əldə edilmiş uğurlar, şagirdlərin davamiyyət göstəriciləri, təlim nəticələri barədə məlumat verildi, 21 oktyabr tarixində Azərbaycan dili fənni üzrə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilmiş monitorinqin təhlilləri aparıldı, təhlillərdən irəli gələn məsələlər müzakirə edildi.
Eyni zamanda pedaqoji şurada valideyn məsuliyyətinin artırılması, məktəbdə uşaqların təhlükəsizliyinin təminatı, psixoloji xidmətin təşkili, müəllimlərin etik davranış qaydalarına riayət olunması vəziyyəti, risk qrupuna daxil olan şagirdlərin müəyyənləşdirilməsi ,məktəb psixoloqlarının onlarla apardığı işin gücləndirilməsi ,növbətçiliyin gücləndirilməsi, müəllimlər və şagirdlərlə psixoloji maarifləndirmə işinin gücləndirilməsi, sinif rəhbərlərinin vəzifə öhdəlikləri ilə bir sıra məsələlər müzakirə edildi, lazımı tövsiyələr verildi.
Daha sonra direktor Eldəniz Əkbərov çıxış edərək cəmiyyətlərin üzləşdiyi problemlərdən biri olan korrupsiyanın bu gün də bütün dünya ölkələrində aktual problemlərdən biri olaraq qaldığını, ümumi inkişafa və təhlükəsizliyə mənfi təsir göstərdiyini, sosial ədalətə ciddi təhlükə yaratdığını bildirdi.
Korrupsiyaya qarşı mübarizənin mütəşəkkil və ardıcıl aparılmasının ölkə prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzində olduğunu vurğulayan Eldəniz Əkbərov bu sahədə görülən tədbirlər çərçivəsində korrupsiyaya qarşı mübarizəyə dair milli strategiya və fəaliyyət planlarının qəbul edildiyini diqqətə çatdıraraq ölkəmizdə insanların sosial rifahını və vətəndaş məmnunluğunun daha da artırılması üçün aparılan yeni islahatlar nəticəsində şəffaf və ədalətli idarəçilik sisteminin daha da gücləndirildiyini bildirdi.
İclasın yekununda ATİAHİ Sabunçu rayon komitəsinin sədri Alı Məmmədov məktəbimizdə olmuş və səsvermə yolu ilə məktəb-liseyin Həmkarlar İttifaqı Komitəsinin sədri Xuraman Abbasova məktəb kollektivi tərəfindən yenidən seçilərək namizədliyi irəli sürülmüş və təsdiqlənmişdir.
Bu münasibətlə Xuraman Abbasova kollektiv tərəfindən təbrik edildi, fəaliyyətində uğurlar arzulandı.