20 Yanvar faciəsinə həsr olunmuş tədbir

19 Yanvar tarixində 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə qeyd olundu ki, 20 Yanvar Azərbaycanın milli kimliyinin formalaşmasına həlledici təsir göstərdi, Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi oldu. 34 il əvvəl sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı öz tarixi mübarizə ənənələrinə sadiq olduğunu göstərdi. Haqq-ədalətin müdafiəsi yolunda canlarından keçmiş vətən övladları o qanlı gündə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Tariximizə milli qürur günü kimi həkk olan 1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı azad, suveren və müstəqil yaşamağa layiq olduğunu bütün dünyaya çatdırdı.
Tədbir zamanı şagirdlərin çıxışları dinlənildi, kompozisiyalar izlənildi.