20 Yanvar Azərbaycanın istiqlal yolunun başlanğıcı, milli oyanış günüdür

   19 yanvar tarixində şagirdlərə 20 Yanvar hadisələrinin tarixindən bəhs edildi, 34 il öncə baş verən faciənin müstəqillik uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatı kimi Azərbaycan tarixinə həkk olunduğu vurğulandı. Qeyd olundu ki, Azərbaycan xalqının apardığı mübarizə tarixi bizi 20 Yanvar hadisələrindən keçirib müstəqilliyə və zəfərə qovuşdurdu.

   Şagirdlərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, onlarda bu hislərin kiçik yaşlardan formalaşdırılması istiqamətində silsilə tədbirlər keçirildi, film nümayişi olundu.

   Vətənimizin azadlığı və müstəqilliyi uğrunda canlarından keçən şəhidlərimizi unutmayacağıq.

    Allah bütün şəhidlərimizə rəhmət eləsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi