Həmrəylik Gününə həsr edilmiş tədbir

 Dekabrın 28-də məktəb-liseyin ingilis dili müəllimlərinin birgə təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş tədbir keçirildi.

 Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlandı.

 Daha sonra məktəb-liseyin direktoru Eldəniz Əkbərov tədbir iştirakçılarını salamlayaraq onları Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə ilə təbrik etdi.

 Vurğulandı ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü Azərbaycan xalqının birliyi, bərabərliyi və bütövlüyü günüdür. Bu günün əsas məzmununu xalqımızın tarixi keçmişinə, milli-mənəvi dəyərlərinə hörmət, vətənə bağlılıq, azərbaycançılıq məfkurəsi və ideyaları təşkil edir.

 Tədbirdə şagirdlərin bir-birindən maraqlı çıxışları tədbir iştirakçılarının böyük marağına səbəb oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi