Bilik yarışı

Dekabrın 26-da "Riyaziyyat və informatika" aylığı çərçivəsində 6-cı sinif şagirdləri arasında bilik yarışı keçirildi.
9 komandanın iştirak etdiyi maraqlı keçən bilik yarışının yekununda 6f sinif şagirdlərindən ibarət olan "Pifaqor" komandası 1-ci yerə, 6c sinif şagirdlərindən ibarət olan " Evklid" komandası isə 2-ci yerə layiq görülərək diplomla təltif edildilər.
Qalib komandaları təbrik edir, uğurlar arzu edirik!
Bu mərhələdə uğur əldə edə bilməyən komandalara isə iştirak etdiklərinə görə təşəkkür edirik!