Bilik yarışı

9-cu sinif şagirdləri arasında Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş bilik yarışı keçirildi.
Yarışda 10 komanda-Zəfər, Öndərlər, Fatehlər, Suqovuşan, Ulduz, Xarıbülbül, Liderlər, Bakixanov, Turan, Meqa komandaları mübarizə aparırdı.
Gərgin və maraqlı keçən 3 mərhələnin yekununda 9 "G" sinif şagirdlərindən ibarət "Zəfər" komandası qalib gəldilər. 1-ci və 2-ci yerin sahibləri olan "Zəfər"-9G və "Suqovuşan"-9C komandası diplomla təltif olundular.
Qalib komandaları təbrik edir, uğurlar arzu edirik!
Bu yarışda qaliblik əldə etməyən komandalara isə ruhdan düşməməyi, daha da əzmlə çalışmağı tövsiyə edirik!