Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş xüsusi dərslər

   Məktəbin ibtidai sinif müəllimləri Sevinc Abbasova, Emilya İbrahimova və psixoloq Cəvahir Sadəddinlinin təşkilatçılığı ilə 3"D" və 4"B" siniflərində Ümummilli lider Heydər Əliyevə həsr edilmiş xüsusi dərslər keçirildi.

Dərs zamanı xalqına arxa olan Ulu öndər Heydər Əliyevin Azərbaycanın inkişaf tarixində silinməz izlər qoyduğu vurğulandı. Milli qüruru yüksəldən, milli şüuru və milli ruhu zənginləşdirən özünəqayıdış prosesi Heydər Əliyevin çoxşaxəli fəaliyyəti, diqqəti və təşəbbüskarlığı sayəsində reallığa çevrilmişdir. O, müstəqil Azərbaycan dövlətinin yaradılması konsepsiyasını həyata keçirdi, eyni zamanda Azərbaycan vətəndaşlarını birləşdirən, xalqımızı beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd və məram uğrunda səfərbər edən mill azərbaycançılıq ideologiyasını yaratdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi