Gender əsaslı zorakılıqla mübarizə

  Məktəb-liseyin psixoloqu Cəvahir Sadəddinlinin təşkilatçılığı ilə 9-cu sinif şagirdləri arasında "Gender əsaslı zorakılıqla mübarizə" mövzusunda seminar keçirildi.

Seminar zamanı mövzunun əhəmiyyətindən bəhs olundu, qeyd edildi ki, bütün dünyada qadın hüquqlarının təmin edilməsi sahəsində əldə edilmiş böyük uğurlarla yanaşı, bir sıra problemlər aktuallığını saxlamaqdadır. Erkən nikahlar, gender əsaslı zorakılıq, məişət zorakılığı və digər problemlərin həlli üçün müəyyən iş görülsə də, problemlər qalmaqda davam edir. Həmçinin bildirilib ki, gender bərabərliyi öz-özlüyündə təkcə mədəni və mənəvi hadisə deyil, həm də yoxsulluğun azaldılması, davamlı inkişafın təmin olunması və səmərəli idarəçiliyin qurulması üçün zəruri olan şərtlərdəndir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi