Ağdam rayonunun işğaldan azad olunmasına həsr olunmuş sinif təşkilat saatı

   Məktəb-liseyin informatika müəllimi Ülkər Məmmədovanın təşkilatçılığı ilə 7"D" sinfində Ağdam rayonunun işğaldan azad olunmasına həsr olunmuş sinif təşkilat saatı keçirildi.

Vurğulandı ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqa müraciəti zamanı bildirmişdir ki, Ağdamın işğaldan azad edilməsi şanlı hərbi Qələbə nəticəsində mümkün olmuşdur. Əgər Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı.

Cənab Prezident bildirib ki, Ağdam rayonunun işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir. Üçtərəfli bəyanat Azərbaycanın Qələbəsidir, torpaqlarımızın qayıtmasıdır, bayrağımızın ucaldılmasıdır!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi