Pedaqoji şuranın növbəti iclası

  Noyabrın 20-də pedaqoji şuranın növbəti iclası keçirildi. İclasda məktəb-liseyin direktoru Eldəniz Əkbərov çıxış edərək görülmüş işlər, qarşıda duran hədəflər,9-cu siniflərdə təlim nəticələri zəif olan şagirdlərlə işin təşkili, fənn olimpiadaları və fənn müsabiqələrinə hazırlıq, fənn aylıqlarının təşkili və bir sıra məsələlər barədə məlumat verdi.

Direktor müavinlərinin çıxışları dinlənildi, bəzi məsələlərə toxunuldu.

Daha sonra məktəb rəhbəri Eldəniz Əkbərov tərəfindən təlim-tərbiyə işləri üzrə direktor müavini Afaq Hacıyeva 50 illik və rus dili müəllimi Xalidə Nəbiyeva 60 illik yubileyləri münasibətilə təbrik edildilər və Fəxri Fərmanla təltif edildilər.

Sonda müəllimlərin rəy və təklifləri dinlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi