Zəfər Gününə həsr edilmiş təntənəli tədbir

   Noyabrın 7-də məktəb-liseyin akt zalında 8 noyabr-Zəfər Gününə həsr edilmiş təntənəli tədbir keçirildi.Tədbirdə şəhid anaları, qazilər, müharibə iştirakçıları, pedaqoji heyət, şagirdlər, valideynlər və digər qonaqlar iştirak edirdi.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlandı. Daha sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Məktəb-liseyin direktoru Eldəniz Əkbərov çıxış edərək tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik etdi, bildirdi ki, 44 günlük Vətən müharibəsində qələbəmizi bizə qazandıran müzəffər ordumuzun əsgər və zabitləri qarşısında baş əyir, şəhidlərimizə Allahdan rəhmət diləyirik. Ölkəmizin igid oğulları Ali Baş Komandanın başçılığı ilə qəhrəmancasına döyüşərək öz qanları bahasına bu qələbəni bizə qazandırdığını vurğulayan direktor qeyd etdi ki, Zəfərimizi təmin edən əsas amillərdən biri xalqımızın cənab Prezident İlham Əliyevin ətrafında yumruq kimi birləşməsi oldu.

Məktəb- liseyin şəhid məzunları olan milli qəhrəman Eldar Xəlilovun və şəhid Əkbər Hüseynovun anası çıxış edərək ölkə prezidenti cənab İlham Əliyevin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildirdilər, övladlarının qəhrəmanlıqlarından söhbət açdılar.

Tədbirdə iştirak edən qazilər, müharibə iştirakçıları öz ürək sözlərini bildirdilər, qüdrətli ordumuzun şücaətindən geniş söhbət açdılar.

Şagirdlərin ifasında vətənpərvərlik ruhunda şeirlər səsləndirildi, mahnılar ifa edildi, rəqs nömrələri nümayiş etdirildi.

Tədbirin sonunda şagirdlər diplom və təşəkkürnamələrlə təltif edildilər.

Zəfərin mübarək, Azərbaycan xalqı!

Zəfər səninlədir, Azərbaycan!

Qalib Azərbaycan!

Qalib Lider, Qalib Xalq!

Müzəffər Ali Baş Komandan!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi