18 Oktyabr -Azərbaycan Dövlət Müstəqilliyinin Bərpası Günüdür

    Məktəbin informatika müəllimi Ülkər Məmmədovanın təşkilatçılığı ilə 7"D" sinfində 18 Oktyabr -Azərbaycan Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr edilmiş xüsusi dərs keçirildi.

Dərs zamanı bildirildi ki, 2022-ci ilin 15 oktyabrında Milli Məclis prezident cənab İlham Əliyevin təşəbbüsü ilə “Müstəqillik Günü haqqında” yeni qanunu təsdiqlədi. Qanuna əsasən oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan edildi.

Müstəqilliyin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səyləri bu gün ölkə prezidenti İlham Əliyev davam etdirilir. Onun rəhbərliyi ilə siyasi, iqtisadi, sosial və hərbi sahələrdə böyük tərəqqi əldə olunub.

Azərbaycan yerləşdiyi bölgədə baş verən strateji, siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadir olan ölkəyə çevrilib. Milli maraqlara uyğun olaraq beynəlxalq birliyin əksər üzvləri ilə qarşılıqlı faydalı əməkdaşlıq həyata keçirilir. Dövlət başçısının müəyyən etdiyi uğurlu inkişaf strategiyası nəticəsində ölkə iqtisadiyyatı inkişaf sürətinə görə dünyada ən yüksək yerlərdə dayanır.

 

 

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi