Şəhidimiz dərin ehtiramla yad edilib

Məktəb-liseyin kimya müəllimi Gülzar Əkbərovanın təşkilatçılığı ilə 8"N" sinif şagirdləri polkovnik-leytenant Zaur Cəfərovun məzarını ziyarət etdilər, məzarı önünə gül dəstələri qoydular.
Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda öz canını qurban vermiş şəhidimizin həyat yolundan geniş söhbət açıldı, şeirlər səsləndirildi.
Qeyd edək ki, polkovnik-leytenant Zaur Cəfərov
Vətən müharibəsindəki hərbi vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 15.12.2020-ci il tarixində "Vətən uğrunda" medalı, 29.12.2020-ci il tarixində "Suqovuşanın azad olunmasına görə" medalı ilə, 30.12.2020-ci il tarixində "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmişdir.
Allah rəhmət eləsin!