10 Oktyabr -Psixi Sağlamlıq Gününə həsr edilmiş görüş

 10 Oktyabr -Psixi Sağlamlıq Gününə həsr edilmiş görüş keçirildi.Görüşdə həkim Aygün Cəfərli qeyd etdi ki, psixi sağlamlıq insanın öz qabiliyyətlərini reallaşdıra bildiyi, adi həyat streslərinin öhdəsindən gəldiyi, səmərəli çalışdığı vəziyyətdir. Konkret məqamda insanın psixi sağlamlıq səviyyəsi bir çox sosial, psixoloji və bioloji amillərdən asılı olur. Dünya üzrə faktlar göstərir ki, davamlı sosial-iqtisadi təzyiq, yoxsulluq, icmalar üçün psixi sağlamlığın risk amillərinə aiddir. Bundan əlavə, insanları psixi pozuntulara həssas edən xüsusi psixoloji və şəxsiyyət amilləri, həmçinin genetik faktorlar və beyində kimyəvi maddələrin tarazlığının itməsi kimi bioloji səbəblər də bu amillərdəndir.

 Görüş zamanı tibb bacısı, psixoloq, loqopedlər çıxış edərək iştirakçıların suallarına cavab veriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi