21.02.2017- ci il tarixində məktəbimizdə “Narkomaniya haqqında marifləndirmə” mövzusunda tədbir keçirildi

Şagirdlərin iştirakı ilə antinaromaniyaya həsr olunmuş tədbirin açılışını məktəbin direktoru Eminova Xədicə məllimə etdi. Qeyd edək ki, tədbirdə qonaq qismində- Sabunçu rayon İcra Hakimiyyəöti başçısının I müavini Güloğlan Məmmədovş, Sabunçu rayon Polis İdarəsinin Yetkinlik yaşına Çatmayanlar arasında Profilaktiki İşin Təşkili Bölməsinin İnspektoru- Elvin Xankişiyev., Respublika Narkoloji Dispanserinin həkim-narkoloqu – Akif Kəngərli., Sabunçu rayon Gənclər və İdman İdarəsinin rəisi – Rakif Əliyev., Bakı Təhsil İdarəsinin Əməkdaşı – Vahid Qurbanov., Sabunçu rayon Polis İdarəsinin rəisi Eldar İlyasov və Yetkinlik yaşına Çatmayanlar üzrə Polis leytenantı – Xudiyev Aqil Fərhad oğlu iştirak etmişlər. Tədbirin əsas məqsədi gənclər arasında narkomaniyanın yayılmasının qarşısını almağa çalışmaq. Narkomaniyaya qarşı mübarizə tədbirlərinin optimallaşdırılması problemləri barədə maarifləndirmə söhbətləri aparılmışdır. Dövrümüzün aktual, ağrılı problemi olan narkomaniya və onun fəsadları, ona qarşı mübarizə yolları ilə bağlı əhali, xüsusən də gənc nəsil arasında maarifləndirmə və təbliğat işlərinin aparılması mütəmadi olaraq davam etdiriləcəkdir.