Şəhid məzunumuz Əkbər Hüseynovun əziz xatirəsi yad edilib

29 sentyabr-məktəb-liseyin məzunu Əkbər Hüseynovun şəhidlik zirvəsinə ucaldığı gündür.

Şagirdlər şəhidin əziz xatirəsinə həsr edilmiş şeirlər səsləndirdilər, onun həyat yolundan söhbət açdılar.

Qeyd edildi ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli ordumuzun qazandığı qələbə Azərbaycanın hərb tarixində şanlı bir səhifə açdı. Qəhrəman hərbçilərimiz təqvimdə qara rəqəmlərlə əks olunan işğal tarixlərinin üstündən öz qanları ilə xətt çəkərək, qırmızı rəqəmlərlə Zəfər günlərini yazdılar. 44 günlük ana vətən muharibəsi nəinki Qafqaza həmdə dünyaya sübut etdi ki, Azərbaycan öz torpaqlarını azad etmək gücündədir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi