Şəhidimiz dərin ehtiramla yad edilib

Məktəb- liseyin ibtidai sinif müəllimi Vüsalə Süleymanovanın təşkilatçılığı ilə 4"Ə" sinif şagirdləri Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan leytenant Məmmədov Elcan Zöhrab oğlunun əziz xatirəsini dərin ehtiramla yad etdilər, məzarı önünə gül dəstələri qoydular.

Qəhrəmanın keçdiyi şərəfli həyat yoluna nəzər salındı.

Qeyd edildi ki, şəhidlərimizin qəhrəmanlığı Azərbaycan xalqı üçün hər zaman örnək olub, bundan sonra da örnək olacaq.

Vətənimizin müdafiəsi uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksələnlərin ömür yolu bizim üçün ən böyük şərəf və qürur olacaqdır. Bu zirvəyə ucalanları yad etmək, onların xatirəsini hər zaman anmaq isə bizim hər birimizin borcudur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi