Anım Gününə həsr edilmiş tədbir

Məktəb-liseyin tarix müəllimi Sevinc İbrahimova, rus dili müəllimi Nigar Qədirlinin təşkilatçılığı ilə 27 sentyabr-Anım Gününə həsr edilmiş tədbir keçirildi.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlandı. Daha sonra vətənin azadlığı uğrunda öz canlarından keçən vətənin qəhrəman övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə tarix müəllimi Sevinc İbrahimova çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin elan etdiyi "Qarabağ Azərbaycandır və nida" şüarı xalqımızın müqəddəs vətən torpağı uğrunda savaşının ideya qayəsi, qələbəyə səsləyən rəhbər çağırışı oldu. 44 gün davam edən müharibədə cəmiyyətimizin nümayiş etdirdiyi möhtəşəm səfərbərlik xalqımızın dövlət başçısının ətrafinda sıx birləşməsinin bariz ifadəsi olmaqla yanaşı, eyni zamanda yeni və qüdrətli Azərbaycanın bütün dünyada özünü təsdiqi kimi qəbul edildi.

Tədbir zamanı şagirdlərin vətənpərvərlik ruhunda şeirləri səsləndirildi, təqdimatlar nümayiş edildi.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 02 dekabr 2020-ci il tarixli sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizə, əsgər və zabitlərimizə dərin hörmət və ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Anım Günü kimi qeyd edilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi