20 Yanvar faciəsinin otuz üçüncü ildönümünə həsr edilmiş sinif təşkilat saatı

  Məktəbin riyaziyyat və informatika müəllimi Ləman Sadıqovanın təşkilatçılığı ilə 20 Yanvar faciəsinin otuz üçüncü ildönümünə həsr edilmiş sinif təşkilat saatı keçirildi.

  Təşkilat saatında şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Qeyd edildi ki, 20 Yanvar hadisələri Azərbaycan xalqının milli oyanışından, azadlıq və müstəqillik mücadiləsindən xəbər verən tarixi bir gerçəklikdir,xalqımızın verdiyi qurbanlara, yaşadığı qanlı faciəyə baxmayaraq, 20 Yanvar təkcə faciə günü yox, eyni zamanda tariximizin şərəfli səhifəsi olmaqla mübarizlik və qəhrəmanlıq nümunəsidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi